Dünya ölkələri Ukraynada müharibə başlayandan indiyədək artıq 443 rusiyalı diplomatı ölkədən çıxarıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti feysbukda məlumat yayıb.
Bu siyahıda ilk yerdə Polşa gəlir. Bu ölkə Rusiyanın 45 diplomatını persona non-qrata elan edib. Almaniyda 40, Slovakiya 38, Fransa 35, Sloveniya 33, İtaliya 30, İspaniya 25 diplomatı uzaqlaşdırıb.
Bundan əlavə, ABŞ, Böyük Britaniya və Çexiya hətta Ukraynaya qarşı tammiqyaslı müharibə başlamazdan əvvəl Rusiyanın diplomatik mövcudluğunu əhəmiyyətli dərəcədə azaldıb.
"Bu addım Ukrayna ilə həmrəylik aktıdır, Rusiya Federasiyasının qlobal təcridini gücləndirmək səylərinin davamıdır", - məlumatda deyilir.
Xarici İşlər Nazirliyi xatırladıb ki, dövlətlər casusluqda şübhələndiyi üçün rus diplomatlarını ölkədən çıxarırlar.