Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyalı turistlərə Azərbaycan da daxil olmaqla 11 ölkəyə getmək tövsiyə olunur

Rusiyalı turistlərə Azərbaycan da daxil olmaqla 11 ölkəyə getmək tövsiyə olunur


Rusiyanın tur operatorları xaricdə turizm proqramlarının artırılması üzərində işləməkdə davam edirlər, halbuki bu il rusiyalı turistlərin istirahət edə biləcəyi ölkələrin sayı cəmi 12-dir.

Bu barədə Newscenter.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Fun&Sun” tur operatoru Rusiyadan Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Tailand, Qətər, Misir, Maldiv adaları, Seyşel adaları, Şri-Lanka, İndoneziya (Bali), Serbiya və Ermənistana birbaşa və ya üçüncü ölkələrlə reyslər təklif edir”, - tur operatoru bildirib.

Şirkət qeyd edib ki, aprelin 9-dan sonra Rusiyanın dünyanın 52 ölkəsinə, o cümlədən çarter reyslərinə mövcud covid məhdudiyyətlərini aradan qaldırması səbəbindən mövcud ölkələrin siyahısı genişlənə bilər. "Lakin bu proses vaxt və diqqətli araşdırma tələb edir, çünki bu, digər dövlətlər tərəfindən qoyulan məhdudiyyətlərdən, həmçinin birbaşa və ya əlaqə ilə hava hərəkətini təşkil etmək imkanlarından asılıdır", - “Fun&Sun” şirkətindən bildirilib.

Hazırda əsas problem Türkiyə və Misir kimi ən kütləvi çıxış istiqamətlərində bazarın ehtiyaclarını ödəmək üçün sərfəli çarter reysi tapmaqdır. Lakin bununla yanaşı, qeyd edilir ki, problem artıq həll olunmaqdadır.

“Anex Tour” şirkətindən bildirilib ki, aprelin 29-dan "Türk Hava Yolları" (THY) Türkiyəyə uçuşlara başlayacaq.

Tur operatorları xaricə səyahət edən turistlərə maksimum xidmət çeşidi və hər şey daxil yeməklər paketləri seçməyi tövsiyə edib.

Anar TAĞIYEV
Xəbəri paylaş