Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın Makarov kəndində 132 sakinin güllələnmiş meyiti tapılıb

Ukraynanın Makarov kəndində 132 sakinin güllələnmiş meyiti tapılıb


Ukraynanın Kiyev vilayətinin Buçanski rayonunun Makarov şəhərində 132 mülki şəxsin güllələnmiş meyiti tapılıb.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Makarov kəndinin başçısı Vadim Tokar məlumat verib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri şəhər tipli yaşayış məntəqəsinin 40%-ni dağıdıblar.

Tokar deyib ki, müharibədən əvvəl Makarovda 15 min insan yaşayıb, hərbi əməliyyatların aktiv mərhələsində isə mindən az sakin qalıb.

"Rusiya hərbçiləri demək olar ki, bütün infrastrukturu dağıdıblar, xəstəxana və uşaq bağçalarını tamamilə dağıdıblar. İndi biz Makarovskaya icmasının bütün ərazisində elektrik enerjisini bərpa edirik, ərazilər təmizləndikdən sonra qazın verilişi bərpa olunacaq”, - Tokar qeyd edib.
Xəbəri paylaş