Aşqabad şəhərində Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin görüşünə hazırlıq gedir.
“Report” xəbər verir ki, bu barədə Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov hökumətin iclasında deyib.
Xatırladaq ki, prezidentlərin üçtərəfli görüşü çoxdan planlaşdırılsa da, obyektiv səbəblərdən təxirə salınıb. Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin zirvə görüşündə bir sıra razılaşmaların imzalanacağı gözlənilir.
Bundan başqa, bu il Türkmənistanda Xəzəryanı ölkələrin dövlət başçılarının və “Mərkəzi Asiya – Rusiya” I Parlamentlərarası forumu keçiriləcək.