Bildiyimiz kimi, Azərbaycanın xarici siyasət sahəsində qarşıya qoyduğu başlıca məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, Ermənistanın işğal siyasətinin ifşa edilməsi, işğalçı dövlətə beynəlxalq təzyiqin gücləndirilməsi, son nəticədə isə zəbt olunmuş ərazilərin geri qaytarılması idi Bu tarixi mərhələdə İlham Əliyev işğalçı Ermənistan üzərində savaşı qazanaraq sübut etdi ki, Azərbaycan nəinki müstəqil dövlət kimi inkişaf etməyə qadirdir, o həm də regionun aparıcı dövləti və qalib lideri olmaq qüdrətindədir. Bu gün Prezident İlham Əliyevin sayəsində Azərbaycan Respublikası regionun lideri kimi dünya səviyyəsində aktiv fəaliyyət göstərmək imkanına sahib olan qalib dövlətdir. Bu çoxcəhətli fəaliyyət böyük iqtisadi inkişafı, milli mədəniyyəti, multikulturalizmi, enerji layihələrini, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası münasibətlərin təşkilini, regionda balansı saxlaya biləcək hərbi qüdrəti təmin etmək məsələlərini əhatə edir.
Güclü siyasi liderin fəaliyyətinin təsir dairəsi bir ölkə ilə məhdudlaşmır, bütövlükdə regional, hətta qlobal əhəmiyyət daşıya bilir. Bu baxımdan, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda gedən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb, fəal aktorlardan birinə çevrilib. Azərbaycan Avropa ilə Asiya qitələrini siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir. Azərbaycanın lideri, Prezident İlham Əliyev ölkəni lider dövlətlər sırasına yüksəldib.
İlham Əliyev XXI əsrdə Azərbaycanı yüksək inkişaf etmiş müstəqil dövlətlər sırasına çıxarmağa tam qadir olan əsl liderdir. Bununla da Ulu Öndərin sovet dövründə Azərbaycanı ölkə kimi, XX əsrin 90-cı illərində isə respublikamızı müstəqil dövlət kimi xilas etməsi prosesi Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla və qətiyyətlə həyata keçirilmişdir. İzlədiyi siyasətlərlə yaratdığı regional və qlobal təsirlərlə xarizmatik lider nümunəsi olan İlham Əliyevin xarici siyasət davranış modelini və siyasi liderliyini anlamaq məqsəd daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın çoxəsrlik tarixi salnaməsinə Zəfər günü həqiqətlərini yazmaqla bərabər, həm də ölkəmizi bütün sahələr üzrə irəli aparmağı bacaran, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli lider kimi qəbul olunur.
Xüsusilə vurğulamaq istərdim ki, İlham Əliyevin xarici siyasət davranışı və siyasi liderliyi bənzərsiz bir mövzu olaraq araşdırılır hər zaman. Möhtərəm Prezidentin qətiyyətlə həyata keçirməyə başladığı Böyük Qayıdış proqramı həm Qarabağın, həm də geniş mənada Azərbaycanın yeni sabahlarını aydın surətdə təsəvvür etməyə imkan verir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün dünyanın söz sahibi olan əsl liderlərindən biri kimi qəbul edilir. Məhz buna son günlərin ən gözəl əsası Avropa İttifaqının Prezident İlham Əliyevin regional liderliyini qəbul etməsidir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir.
Aytəkin Əhmədova,
YAP Qəbələ rayon təşkilatının əməkdaşı