Aprelin 6-da Prezident İlham Əliyevin Avropa İttifaqı (Aİ) şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri ilə üçtərəfli görüşü bu formatda ikinci görüş¬ü idi. Üçlüyün ilk görüşü ötən ilin dekabrın 14-də keçirilmişdi. Ekspertlərin fikrincə, həmin görüş zamanı cənab Şarl Mişel və Prezident İlham Əliyev tərəfindən sülh gündəliyinin əsası qoyulub. Göründüyü kimi, Avro¬pa İttifaqı (Aİ) regionun ən nüfuzlu təşkilatı kimi, Cənubi Qafqaz bölgəsində davamlı sülhün təmin edilməsində maraqlıdır. Onu da qeyd edək ki, rəsmi Bakının Ermənistanla sülh danışıqları üçün beş mühüm maddədən ibarət təkliflərini nüfuzlu dünya dövlətləri, beynəlxalq ictimaiyyət də yüksək dəyərləndirir .
Şarl Mişel dövlətimizin başçısı İlham Əliyev və Ermənistanın baş na¬ziri ilə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərə müsahibəsində dedi: “Elə indicə biz Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla gözəl və çox səmərəli gö¬rüş keçirdik. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlama¬ğa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik”.
Daha sonra nəzərdə tutulmuş üçtərəfli görüş baş tutdu. 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi Erənistan və Azərbaycan Respublikası arasında sülh müqaviləsi bağlanması üçün danışıqların başlanması və bu məqsədlə işçi qrupunun yaradılması qərara alındı. Bu məsələ ilə bağlı Azərbaycan XİN -ə və Ermənistan XİN-ə tapşırıqlar verildi. Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları, danışıqların bu mərhələyə çatması, nəhayət, iki ölkə arasında sülh sazişinin bağlanılması istiqamətində mühüm addım kimi diqqət çəkdi.
Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir.
Xəyalə Mustayeva-YAP fəalı