Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrükçülər nəqliyyat vasitəsində dərman preparatları aşkarlayıb

Gömrükçülər nəqliyyat vasitəsində dərman preparatları aşkarlayıb


Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən ölkəmizə gələn “Volvo” markalı nəqliyyat vasitəsi “Şirvanlı” gömrük postunun idxal gömrük nəzarəti zonasında saxlanılıb.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən müxtəlif markalı dərman vasitələri - 9600 ədəd həb və 1020 ampul aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sevinc
Xəbəri paylaş