Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.
Məlumata görə, parlamentin növbəti toplantısı aprelin 12-də keçiriləcək.
İclasın gündəliyinə 4 məsələnin müzakirəsi daxil edilib:
- “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.
- “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş).
- Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).
- Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).