Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qanunsuz ovla bağlı 6 cinayət və 9 inzibati fakt qeydə alınıb

Qanunsuz ovla bağlı 6 cinayət və 9 inzibati fakt qeydə alınıb


Astarada su polisinin qanunsuz balıq ovuna qarşı keçirdiyi nəzarət-profilaktiki tədbirlər nəticəsində qeyri-qanuni quraşdırılan torlar və digər qurğular su hövzələrindən çıxarılaraq məhv edilib.

Newscenter.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Xəzər dənizi və bir neçə çay boyunca quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.

Vaxtaşırı olaraq keçirilən bu kimi nəzarət-profilaktiki tədbirlərlə balıq ovu ilə məşğul olan şəxslərin onlara verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin mövcudluğu yoxlanılır, partlayıcı və digər qanunla qadağan edilmiş vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyən edilməsi, eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata keçirilir.

Təkcə 2022-ci ilin üç ayı ərzində Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşı tərəfindən qanunsuz ovla bağlı 6 cinayət və 9 inzibati fakt qeydə alınıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Mehman
Xəbəri paylaş