Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tərtərdə çoban minaya düşüb, ayaqları amputasiya olunub

Tərtərdə çoban minaya düşüb, ayaqları amputasiya olunub


Tərtər rayonunda qoyun otaran şəxs minaya düşüb.

“Report”un xəbərinə görə, hadisə aprelin 9-da baş verib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova bildirib ki, Goranboy rayonu Xoylu kəndi sakini 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu hər iki baldırın orta 1/3 hissəsinin travmatik amputasiyası ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

O qeyd edib ki, xəstə həyatı göstərişlə əməliyyata qəbul olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş