TƏBİB-in İdarə Heyəti sədrinin əmri ilə yaradılmış “Yoluxucu xəstəliklərlə aparılan mübarizə və profilaktika tədbirlərinin təkmilləşdirilməsi üzrə İşçi Qrupu” ilə görüş keçirilib.
Newscenter.az TƏBİB-ə istinadən xəbər verir ki, görüşdə çıxış edən TƏBİB-in Strategiya və layihələrin icrasına nəzarət şöbəsinin məsləhətçisi Nahidə Mahmudova rəhbərlik tərəfindən 2022 –ci il üçün qarşıya qoyulmuş prioritet məqsədləri vurğulayaraq, bu istiqamətdə nəzərdə tutulan işlərin həyata keçirilməsində, mövcud problemlərin aradan qaldırılmasında, yoluxucu xəstəliklərlə, o cümlədən pandemiya ilə mübarizədə İşçi Qrupunun fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Daha sonra İşçi qrupun sədri Vasif Abdullayev, üzvlərdən Nəzrin Mustafayeva, Turan İbrahimova və digərləri görülmüş, eyni zamanda cari işlərin vəziyyəti barədə məlumat verərək, rastlaşdıqları çətinlikləri və bu çətinliklərin həlli istiqamətində təkliflər səsləndiriblər.
Sonda yoluxucu xəstəliklərlə mübarizə üzrə gələcək planlar müzakirə edilib.
Sevinc