Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir

Avropa İttifaqı Prezident İlham Əliyevin regional  liderliyini qəbul edir


Azərbaycan Respublikasının dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, XXI əsrin müzəffər sərkərdəsi, Türk Dünyasının fəxri cənab İlham Əliyevin Belçikanın paytaxtı Brüsselə səfəri, nüfuzlu təşkilat olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, bütün sahələrdə iflasa uğramış Ermənistanın baş naziri Nikol Paşinyanla görüşlərində və əldə olunmuş nəticələr prezidentimizin dünyada böyük nüfuzunun göstəricisidir.

2022-ci ilin 6 aprel tarixində Belçikanın paytaxtı Brüssel səfəri göstərdi ki, Dövlət başçısı İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format - Brüssel sülh gündəliyi yaranıb. Bu formatda ilk üçtərəfli yəni Azərbaycan, Avropa İttifaqı Şurası və Ermənistanla görüş 2021-ci il dekabrın 14-də keçirilib. Bununla da Dövlət Başçımız İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən Belçikanın paytaxtında Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar qurulub, telefon danışıqları keçirilib: “Avropa İttifaqı dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, bitərəfdir, Müzəffər Azərbaycan və iflasa uğramış Ermənistan ona etimad göstərirlər. Görünən odur ki, Avropa İttifaqının məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.

Müzəffər Azərbaycan Respublikası ilə Avropa İttifaqı, onun prezidenti Şarl Mişel arasında səmərəli və konstruktiv əməkdaşlıq mövcuddur. Son illər ərzində Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan Respublikasının rolunun daha da artmasını görürük. Habelə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə ali baş komandanımız, prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar Azərbaycan Respublikası ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir.

Burada ən diqqətçəkən və milli maraqlarımız üçün əhəmiyyətli məqamlardan biri isə odur ki, Avropa İttifaqı Dövlət başçımız, Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır

Zülfiyyə Bayramlı-YAP fəalı
Xəbəri paylaş