Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ölkələrdə ictimai nəqliyyat pulsuzdur-SİYAHI

Bu ölkələrdə ictimai nəqliyyat pulsuzdur-SİYAHI


"Lüksemburq dünyada ilk ölkə olaraq 2020-ci ilin mart ayından başlayaraq bütün nəqliyyat növləri (avtobus, tramvay, qatar) üzrə gedişi pulsuz edib. Malta 2022-ci ilin oktyabr ayının 1-dən analoji addımı atmağa hazırlaşır. Almaniyada bu barədə artıq müzakirələr başlayıb. Bir sıra ölkələrdə ölkəboyu olmasa da ayrı-ayrı şəhərlərində pulsuz ictimai nəqliyyat sistemi mövcuddur. Məsələn, Estoniyanın paytaxtı Tallin şəhərində xeyli vaxtdır əhali nəqliyyat xidmətinə görə ödəniş etmir. Belçikanın Hasselt şəhərində isə 1997-ci ildən ictimai nəqliyyat istifadəyə görə əhali pul ödənişindən azad olunub. Qiymətləndirmələrə görə, bunun nəticəsində 2006-cı ildə istifadəçilərin sayı 13 dəfə artıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Samir Əliyev səsləndirib. O bildirib ki, ümumilikdə dünyanın 100-ə qədər şəhərində ictimai nəqliyyatdan istifadə haqqı bu və digər formada güzəştlər tətbiq edilir:

"Bəzi ölkələrdə bütün şəhər əhalisinə, bəzilərində müxtəlif yaş qruplarına (məsələn, pensiyaçılara). Hazırda dünyada ictimai nəqliyyatın gediş haqqından azad olunması tendensiyası müşahidə edilir ə daha çox hökumətlər bu barədə dşünməyə başlayıb. Bunun əsas səbəbi havanın çirklənməsini minimuma endirməkdir. Bir dəfə Parisdə özüm şahidi olmuşdum. Hökumət çirklənməni azaltmaq məqsədilə şəhərdaxili metro və tramvaydan istifadəni 10 gün müddətinə pulsuz etmişdilər. Bununla insanları havanı çirkləndirən şəxsi avtomobil və avtobuslardan çəkindirməyə çalışırdı. İnsanların ictimai nəqliyyata yönləndirilməsinin digər səbəbi də şəhərdə tıxacların azaldılmasıdır, parklanma yerlərində yüklənməni azaltmaqdır".

Samir Əliyev diqqətə çatdırıb ki, Azərbaycanda isə situasiya tamamilə fərqlidir:

"Bir neçə gün öncə mətbuatdan oxudum ki, xeyli sayda nəqliyyat şirkəti gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət edib. Dünyada gedən tendensiyaların əksinə olaraq Azərbaycanda ictimai nəqliyyatdə gediş haqlarının artırılması tendendiyası mövcuddur. Dövri olaraq müxtəlif şirkətlər tarifərin aşağı olmasını əsas gətirərək onun qaldırılması təşəbbüsü ilə çıxış edirlər. Hökumət qiymət artımının müzakirə edilmədiyi bildirsə də, böyük ehtimalla yaxın aylarda hökumət Tarif Şurası vasitəsilə qiymət artımı qərarını edəcək. Artımın nə qədər olacağını demək çətindir. Əsaslandırma da yəqin ki bir tərəfindən neft və qazın bahalaşması fonunda yanacağın və sıxılmış qazın qiymətinin artması, digər tərəfdən pademiyanın dünyada logistika zəncirində problemlər yaratması səbəbindən ehtiyat hissələrinin bahalaşması olacaq. İctimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasının vacibliyi də artımı əsaslandıran amil olaraq vurğulanacaq. Şəhərdə havanın çirkənməsindən, tıxacların yaranmasından, parklanma yerlərinin olmamasında şikayətlənirik, ancaq bu problemlərin həllinə töhfə verən ictimai nəqliyyat xidmətinin keyfiyyətini artıra bilmirik. Hökumət insanların şəxsi avtomobildən ictimai nəqliyyata yönəltmək üçün qiymətləri cəlbedci etmək əvəzinə onu bahalaşdırmağa barədə düşünür".

Mehman
Xəbəri paylaş