Fransada prezident seçkilərinin birinci turu üzrə seçki məntəqələri saat 20.00-da (Bakı vaxtı ilə 22:00) bağlanıb, səslərin hesablanması başlayıb.
Newscenter.az xəbər verir ki, saat 17.00-a (Bakı vaxtı ilə 19.00) olan məlumata görə, səsvermədə qeydə alınmış seçicilərin 65%-i iştirak edib.
BFMTV kanalının məlumatına görə, hazırki Prezident Emmanuel Makron və ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen prezident seçkilərinin ikinci turunda iştirak edəcək.
İlkin məlumatlara görə, Makron 28,5%, Le Pen isə 24,2% səs toplayıb
Anar TAGIYEV