Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gecə klubunda partlayışda yaralananlardan daha biri vəfat edib-FOTO

Gecə klubunda partlayışda yaralananlardan daha biri vəfat edib-FOTO


Bakıda “Location” gecə klubunda baş verən partlayışda yaralananlardan daha biri vəfat edib.

“Report” xəbər verir ki, hadisə zamanı ağır xəsarət alan Ayxan Feyzulladə adlı şəxs ölüb.

O, gecə klubunda ofisiant işləyirmiş.

Bununla da partlayış zamanı ölənlərin sayı 4-ə çatıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a faktı təsdiqləyiblər.

Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.


Xəbəri paylaş