Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Salyanda əkin sahələrinin suvarılmasındakı problemlər müzakirə edilib

Salyanda əkin sahələrinin suvarılmasındakı problemlər müzakirə edilib


Milli Məclisin deputatı Jalə Əhmədova bu günlərdə Salyan rayonunda vətəndaş qəbulu keçirən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılovla görüşüb.

Newscenter.az xəbər verir ki, görüş zamanı, Salyan sakinlərini narahat edən bir neçə məsələ, o cümlədən əkin sahələrinin suvarılmasında qarşılaşdıqları problemlər Səhmdar Cəmiyyət rəhbərliyinin diqqətə çatdırılıb.

Habelə ölkəmizdə su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər, kənd təsərrüfatının inkişafında mövcud su ehtiyatlarından səmərəli və itkisiz istifadə olunmanın rolu və s. bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ruhiyyə
Xəbəri paylaş