Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıxanov qəsəbəsində daha bir küçənin təmiri yekunlaşır

Bakıxanov qəsəbəsində daha bir küçənin təmiri yekunlaşır


Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 590 metr uzunluğa malik Sülh küçəsinin əsaslı şəkildə təmiri yekunlaşmaq üzrədir.

Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, aparılan təmir işləri çərçivəsində Sülh küçəsi boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib. Bununla yanaşı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları 2300 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz edilib.

Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bu işlər 11 min kv.m-dən çox sahəni əhatə edir.

Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq, mümkün ərazilərdə parkinq yerləri təşkil ediləcək və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Qeyd edək ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 5.8 km təşkil edən 6 küçədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işlərinə start verilib.

Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçə təmir edilib.

Sevinc
Xəbəri paylaş