Rusiya ordusunun tərk etdiyi Ukraynanın Buça şəhərində aparılan axtarış və xilasetmə tədbirləri zamanı bu gün daha 65 cəsəd aşkar edilib. Newscenter.az xəbər verir ki, aşkar edilən cəsədlər mülki şəxslərə aid olub.
Qeyd edək ki, aprelin 2-də Rusiya ordusunun Buçanı tərk etməsindən dərhal sonra şəhərə daxil olan Ukrayna hərbiçiləri küçələrdə yüzlərlə mülki şəxslərin meyitlərini aşkar etmişdilər.
Mehman