Müasir Azərbaycanın 19 illik inkişaf tarixi və quruculuq salnaməsi Ümummilli lider Heydər Əliyevin Siyasi varisi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ölkəmizin regionda Güc mərkəzinə və mənbəyinə çevrilməsi, daha da qüdrətli dövlət statusu əldə etməsində və müasir intibah mərhələsinə daxil olmasında Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən müdrik siyasətin uğurarı mühüm yer tutur.
2018-ci il isə Azərbaycan üçün olduqca əlamətdar hadisələrlə və yeni uğurların təməlinin qoyulması kimi müasir tariximizdə mühüm yer tutur. Həmin il, aprelin 11-də keçirilən növbədənkənar seçkilərdə Cənab İlham Əliyevin seçicilərin 86,02 faizinin dəstəyini qazanması və növbəti müddətə Prezident seçilməsi Azərbaycan cəmiyyətinin öz rəhbərinə və ölkədə həyata keçirilən siyasi kursa sarsılmaz inam və rəğbətinin təsdiqlədi.
Əlbəttə ki, bu qələbənin kökündə Prezident İlham Əliyevin 2003-2018-ci illərdəki fəaliyyəti, Azərbaycanda həyata keçirdiyi genişmiqyaslı layihələr, ölkəmizin iqtisadiyyatında, sosial həyatında və digər sahələrdə qazanılan əzəmətli uğurlar dayandı.
2018-ci il aprel ayının 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Möhtərəm Prezident bildirmişdi ki, biz Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik, həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, Ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var.
Cənab Prezidentin əsas fundamental məqsədi və məramı iqtisadi qüdrətini və hərbi Gücünü artırmış Azərbaycanın bir nömrəli problemi olan Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizi azad edilməsi idi. Onun 2018-ci ildə qarşısına qoyduğu yeni siaysi-hərbi xətt də məhz bu istiqamətə yönəldi.
Onun birbaşa diqqəti və qayğısı sayəsində Azərbaycanın Yenilməz Ordusu formalaşdı, ən müasir silahlarla silahlanmış, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu ərsəyə gəldi. Bu Möhtəşəm Ordu düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifini bütün dünyanın gözü qarşısında fiaskoya uğratdı. Xalq öz Ordusunun yenilməzliyini, Müzəffər Ali Baş Komandanını Böyüklüyünün və Əsil Sərkərdə qabiliyyətinin şahidi oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsinin Zəfərlə başa çatması və parlaq Qələbənin qazanılması ilə erməni işğalına son qoyuldu.
Böyük Qələbə Cənab İlham Əliyevin 2 əsrə yaxın Siyasi tariximizi yenidən yazması ilə nəticələndi. Kürəkçay müqaviləsindən keçən son 200 illik tariximizdə Prezident İlham Əliyev yeganə şəxsiyyət, siyasi liderdir ki, itirilmiş, düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və geri qaytarılmasına nail oldu.
Cənab İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yeritdiyi güclü daxili və xarici siyasət Onun şəksiz Möhtəşəm və Möhtərəm Siyasi Lider olduğunu təsdiqləyir.
Azərbaycan bu gün daha güclüdür, İlham Əliyev bu gün daha güclüdür, qüdrətli Liderdir. Onun inamla, imanla, təmkinlə uzaqgörən və ecazkar praqmatik siyasi müdrikliyi Azərbaycanın dünyada gücünü artırmaqdadır.
İlham Əliyev hər bir azərbaycanlının rəhbəridir, qürur mənbəyidir, Xalqın güc mənbəyidir.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki