Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa Rusiya diplomatlarının casusluğunu aşkarlayaraq “persona non-qrata” elan edib

Fransa Rusiya diplomatlarının casusluğunu aşkarlayaraq “persona non-qrata” elan edib


Rusiyanın Parisdəki müvəqqəti işlər vəkili bazar ertəsi axşam saatlarında Fransanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona altı rusiyalı diplomatın “persona non-qrata” elan edildiyi bildirilib.

“Report” xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Olduqca uzun sürən araşdırma nəticəsində Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI) aprelin 10-da, bazar günü Rusiya kəşfiyyat xidmətlərinin ərazimizdə həyata keçirdiyi gizli əməliyyatı aşkar edib”, - Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş kommünikedə deyilir.

"Fəaliyyətləri milli maraqlarımıza zidd olan, diplomatik pərdə altında fəaliyyət göstərən Rusiyanın altı agenti “persona non qrata” elan edilib", - Fransa Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Xəbəri paylaş