Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millətimizin sevgi ünvanı

Millətimizin sevgi ünvanı


4 il öncə, 11 aprel 2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçirildi. Xalqımız müdriklik nümayiş etdirərək bir daha Ulu Öndərimizin dövlətçilik konsepsiyasını çox böyük uğurla davam etdirən İlham Əliyevə etimad göstərdi.

O, xalqımızın mütləq əksəriyyətinin səsini alaraq, növbəti illərdə dövlət başşısı kimi fəaliyyətə başladı. Etiraf etmək lazımdır ki, son seçkilərdən keçən zaman kəsiyində Azərbaycanın əldə etmiş olduğu uğurlar öz miqyasına, əhatəsinə, mahiyyətinə və nəticələrinə görə müqayisə olunmaz dərəcədə ciddi əhəmiyyət kəsb edir.

Cənab Prezident inaqurasiya mərasimindən dərhal sonra ciddi islahatlara start verdi. İlk növbədə Prezident Administrasiyasında, Nazirlər kabinetində, Hökumətdə əsaslı və köklü dəyişikliklər apardı. Müasir dünyagörüşünün daşıyıcıları olan və müstəqillik illərində formalaşan gənclərimiz hakimiyyətin müxtəlif qollarında təmsil olunmaq imkanı qazandı və ölkənin iqtisadi-sosial həyatında, siyasi və hüquq sistemində ciddi dəyişikliklər üçün əsaslar yaradıldı, yeni siyasi konfiqurasiya formalaşdırıldı.

Növbədənkənar parlament seçkilərinin keçirilməsi və parlament seçkilərində uğur qazanan siyasi partiyaların Milli Məclisin rəhbərliyində təmsil olunması ölkədə yeni siyasi konfiqurasiyası formalaşdırıldı.

2003-cü ildən başlayaraq torpaqlarımızı işğaldan azad etmək üçün bütün potensialını və fəaliyyətini bu istiqamətə yönəldən, həm beynəlxalq təşkilatlarla, dünyanın güc mərkəzlərilə və ən müxtəlif ölkələrlə qurulan son dərəcə effektli münasibətlər, həm də cəmiyyətimizin imunitetini gücləndirmək üçün atılan addımlar, həyata keçirilən sosial-iqtisadi islahatlar, xüsusi olaraq ordumuzun modernləşməsi, onun ən müasir səviyyədə qurulması və müasir silahlarla təchiz edilməsi kimi vəzifələrin yerinə yetirilməsi bizi hər gün işğala məruz qalmış torpaqlarımızın azad edilməsi kimi tarixi bir vəzifəyə, tarixi bir ana yaxınlaşdırırdı.

Nəhayət, belə bir an yetişdi. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyevin əmrilə igid Silahlı Qüvvələrimiz döyüş əməliyyatına başladı. Və 44 gün dayanmadan, bir gün belə fasilə vermədən düşmənə ağır və ölümcül zərbələr endirildi, erməni vandalizmi ciddi zərbələr aldı, dövlətçiliyi rəzil vəziyyətə salındı. Beləliklə, 200 ildən başlayaraq üzərimizə gələn və tarixi torpaqlarımızı himayə olunduqları dövlətlərin vasitəsilə işğal edib, xalqımıza böyük qırğınlar törədən, represiyalara məruz qoyan erməni vandalları yerlə bir olundu.

Bu tarixi qələbədən sonra dövlətimiz regionda yeni reallıq yaratdı, güclü, məsuliyyətli bir dövlət kimi dünya miqyasında özünə nüfuz və hörmət əldə etdi.

Torpaqlarımız işğaldan azad etdikdən sonra qarşıda erməni vandalları tərəfindən dağıdılan, yerlə-yeksan edilən yaşayış məskənlərimizi bərpa etmək və ata-baba yurdundan didərgin düşən soydaşlarımızı ora qaytarmaq kimi ciddi bir vəzifə durdu. Artıq bu proses başlayıb. Cənab Prezidentin rəhbərliyi altında tarixi torpaqlarımızda quruculuq və abadlıq işləri uğurla davam etməkdədir.

Bütün bu və buna bənzər möhtəşəm uğurların müəllifi Müzəffər Ali Baş Komandan, Möhtərəm, Cənab Prezident, müdrik, alovlu vətənpərvər, dəmir iradə və qətiyyət sahibi, sadə və səmimi, millətimizin sevgi ünvanı İlham Əliyevdir.

Fəzail Ağamalı,
Millət vəkili
Ana Vətən Partiyasının sədri
Xəbəri paylaş