Oğuz rayonunda intihar hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində baş verib.
Belə ki, kənd sakini 1962-ci il təvəllüdlü Mənsur Mürvət oğlu Haşımov özünü yaşadığı evin qarşısında olan talvardan asıb.
Məlumata görə, 60 yaşlı M.Haşımov xəstəlikdən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.