Hər bir ölkənin daxili və xarici siyasətindəki uğur məhz həmin ölkənin dövlət başçısının fəaliyyəti ilə bağlıdır. Bu gün Azərbaycan Ümummilli Lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu milli inkişaf strategiyası nəticəsində möhtəşəm nailiyyətlər əldə edir. Bu uğurların qazanılmasının digər bir mühüm səbəbi isə Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
11 aprel 2018-ci ildə İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçilməsindən dörd il keçir. Ötən bu illər ərzində Azərbaycanda bütün sahələrdə inkişaf prosesləri baş verib. Bu baxımdan xarici siyasət kursu da uğurla həyata keçirilib və dövlət və milli maraqlarımızı tam təmin edilib.İlham Əliyev siyasətinin əsas prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə ediləndən sonra təmas xəttində də bunun davamı gəldi. Ermənistanın təxribatlarından sonra başlanan 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun qələbəsi ilə başa çatdı. Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar Ermənistan adlı işğalçı dövlətin kapitulyasiyası ilə nəticələndi. 30 il ATƏT-in Minsk qrupunun apardığı danışıqlar, BMT-nin qəbul etdiyi qətnamələr Ermənistanın işğalçı ordusunu Azərbaycan torpaqlarında çıxarılmağa yetərli olmadı. Amma Azərbaycan xalqının dəstəyi, Ordumuzun qəhrəmanlığı, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Qarabağ erməni işğalından azad olundu. İndi fəxrlə "Qarabağ Azərbaycandır!" deyirik.Hər bir uğur Böyük Qayıdışı yaxınlaşdırmaqla yanaşı, qarşıdakı illərin aydın mənzərəsini yaradır. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı möhtəşəm uğurlar gözləyir.
Hər bir vədinin əməli fəaliyyəti ilə təsdiqləyən Prezidentə xalqın sevgisi şəksizdir. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanı gücləndirdi, qalibiyyətimizi şərtləndirən bütün amillərin yaradılmasına nail oldu və sonda azadlığına qovuşacağını 30 il səbirsizliklə gözləyən torpaqlarımıza “Biz gəldik və burada əbədi olacağıq” söylədi. Prezident İlham Əliyevin qalib Lider kimi işğaldan azad edilmiş ərazilərimizə səfərləri əbədi gəlişin təsdiqidir. Bu günümüzün reallıqları, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Qoy bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!”, "Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!" kimi istəklərinin təsdiqidir. Xalqımız əmindir ki, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində hər bir hədəfə uğurla nail olacaq, Azərbaycanımız daha yüksək zirvələri fəth edəcəkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin hər zaman bəyan etdiyi kimi, bu gün Azərbaycanın cəsarətli, xalqın iradəsinə əsaslanmış, milli maraqlar üzərində qurulmuş siyasəti bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə bağlı sözümüzü böyük nikbinliklə deyək. Bu nikbinliyə əsas verən 1993-cü ildən başlanan yolun Azərbaycana qazandırdığı böyük uğurlardır.
Aygül Bağırova
AJB üzvü