Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa çempionu Eldəniz Əzizli Nizami rayon gəncləri ilə görüşüb

Avropa çempionu Eldəniz Əzizli Nizami rayon gəncləri ilə görüşüb


Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Macarıstanda Avropa çempionu olmaqla Azərbaycan yunan-Roma güləşi tarixində rekorda imza atan, dünya və Avropa çempionu, böyüklər arasında ən çox Avropa çempionatı medalı olan Eldəniz Əzizli Nizami rayonunun gəncləri və yeniyetmələri ilə görüşüb.

Newscenter.az xəbər verir ki, “Azərbaycan güləşçilərinin Avropa fəthi, şanlı qələbənin və tarixi zəfərin qürurlu təntənəsi” mövzusunda keçirilən görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanda idmanın inkişafına və Avropa çempionu Eldəniz Əzizlinin fəaliyyətinə dair video-çarx nümayiş etdirilib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev bildiriblər ki, Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatındakı qalibiyyətindən sonra Macarıstanda təşkil olunan böyüklərin Avropa çempionatında da Azərbaycan idmançıları yüksək nəticələr göstəriblər və Budapeştdə 1-i qızıl, 4-ü gümüş, 2-si bürünc olmaqla 7 medalla Avropada birinci yerə layiq görülüblər. Ümumilikdə isə komandalarımız 3 qızıl, 6 gümüş və 7 bürünc olmaqla 16 medalla Avropa qitəsinin birinci güləş yığması olduğunu isbatlayıb və ölkəmizin idman şöhrətini daha da yüksəldiblər. Heç şübhəsiz ki, Azərbaycanın güləş komandalarının eyni vaxtda Avropa çempionu olması tarixi rekorddur. Bu da Azərbaycanda idmana olan diqqət qayğının, bu sahədə həyata keçirilən siyasətin səmərəliliyinin nəticəsidir.
Aprelin 8-də güləş üzrə Azərbaycan millisinin üzvlərini qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşən idmançılarımızdan olan Eldəniz Əzizli də Azərbaycanda həyata keçirilən idman siyasətindən, onun uğurlu nəticələrindən, nailiyyətlərindən danışıb, gənclərin suallarını cavablandırıb.

Sonda Azərbaycanı beynəlxalq idman yarışlarında layiqincə təmsil etdiyi, dövlət bayrağımızı yüksəltdiyi, himnimizi səsləndirdiyi üçün, eləcə də gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında xidmətlərinə görə Eldəniz Əzizli təltif olunub.

Mehman
Xəbəri paylaş