Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidenti seçilib

Deputat Jalə Əhmədova Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidenti seçilib


Milli Məclisin deputatı, parlamentin Gənclər və idman və İnsan hüquqları komitələrinin üzvü Jalə Əhmədova Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidenti seçilib. Newscenter.az xəbər verir ki, aprelin 11-də Assosiasiyanın növbəti iclası keçirilib və Jalə Əhmədova kollektivə təqdim olunub.

İclasda çıxış edən deputat cəmiyyətin autizm barədə maarifləndirilməsinin vacibliyindən danışıb. Jalə Əhmədova 2 aprel – Dünya Autizm Məlumatlandırma günü münasibətilə aprel ayında ölkəmizdə autizmli uşaqlar arasında keçiriləcək idman yarışlarının əhəmiyyətini vurğulayıb. Bildirib ki, aprelin 28-də isə Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İkinci Azərbaycan Autizm Festivalı təşkil olunacaq.

Onu da qeyd edək ki, 2018-ci ildən Vinq Çun döyüş sənəti Federasiyasının təsisçisi və vitse-prezidenti olan Jalə Əhmədova Federasiyanın vitse-prezidenti vəzifəsindən istefa verib.

Ruhiyyə
Xəbəri paylaş