Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəmkirdə qatar 2 qadını vurub

Şəmkirdə qatar 2 qadını vurub


Şəmkir rayonunun Zəyəm stansiyası ərazisində yük qatarı 2 nəfəri vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan yük qatarı dəmiryolu xətti üzərindən qarşı tərəfə keçmək istəyən Nurcan Məmmədovanı və Aysel Həsənovanı vurub.

Yaralılar ağır xəsarətlər alıb və xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbəri paylaş