Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir

Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir


“2018-ci ilin aprelində Azərbaycan xalqının böyük etimadı ilə yenidən dövlət başçısı seçilən Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlar ötən 4 illik dövrdə ölkənin sosial inkişafı istiqamətində mühüm irəliləyişləri təmin edib. Bu dövrdə ölkəmizdə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın, median əməkhaqqı 74 faiz artıb. Minimum pensiyada 2,2 dəfə, orta aylıq pensiyada 65 faiz artım baş verib. Həssas qruplara yönələn müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi qruplar üzrə 3 dəfədən çox artıma nail olunub. Xüsusilə də, Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlarla 2018-ci ildən sonra ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paketi icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manat təşkil edir. Bütün bunlar bir daha isbatlayır ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinə uyğun olaraq aparılan islahatlar nəticəsində son 4 ildə əmək müqavilələrinin sayı 30 faiz, illik əməkhaqqı fondu 2 dəfədən çox və 2022-ci ilin ilk rübündə də 11,1 faiz artıb:

“Xüsusi olaraq qeyd edilməlidir ki, şəhid ailələri və müharibə əlillərini xüsusi qayğı ilə əhatə edən dövlət başçısının Fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilib, onlara yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib. Prezident İlham Əliyevin göstərişi ilə həmin kateqoriyadan olanların mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Ötən il onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib. Mənzillə təminat proqramı Vətən Müharibəsi Qəhrəmanları, digər həssas qruplardan olanları da əhatə edib. Son 4 ildə daha 1450-dək müharibə əlili minik avtomobili ilə təmin edilib və avtomobillə təmin edilən müharibə əlillərrinin sayı 7400ə çatıb. Həmçinin, bu kateqoriyadan olan insanların təqaüdlərdə i dəfələrlə artırılıb. Onu da əlavə etmək lazımdır ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı 2018-ci ilin aprelində dövlət başçısı seçildikdən sonra ilk imzaladığı Fərmanın məhz şəhid ailələri ilə bağlı olmasında bir daha özünü göstərib”.

“Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyevin imzaladığı sosial paketlər, fərman və sərəncamlar insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir:

“Göründüyü kimi, ötən 4 ildə həyata keçirilən sosial tədbirlər bir daha Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışında söylədiyi “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” fikirlərinin yüksək səviyyədə öz əməli təsdiqini tapdığını isbatlayır. Ölkə vətəndaşları da əmindirlər ki, mühüm sosial irəliləyişləri təmin edən Prezident İlham Əliyevin uğurlu sosial siyasəti qarşıdakı dövrdə də yeni-yeni nailiyyətlər qazandıracaq, insanların yaşayış səviyyəsini daha da yüksəldəcək”.

Ruhiyyə
Xəbəri paylaş