Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyəzəndə məktəbli bıçaqlanıb

Siyəzəndə məktəbli bıçaqlanıb


Siyəzən rayonunda məktəbli bıçaqlanıb.

“Report”un xəbərinə görə, hadisə şəhərin C.Cabbarlı adına 1 saylı tam orta məktəbində qeydə alınıb.

Belə ki, IX sinif şagirdi M.X. (ad, soy adı şərti) mübahisə zəminində X sinif şagirdi F.T.-yə (ad, soy adı şərti) bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb və əməliyyat edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, M.X. Siyəzən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin səbəbləri araşdırılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov “Report”a faktı təsdiqləyib.

Bu gün M.X. Siyəzən Rayon Məhkəməsinin qarşısına çıxarılır. Məhkəmənin onun barəsində qərar verəcəyi gözlənilir.
Xəbəri paylaş