İsmayıllı Rayon İcra Hakimiyyətində MÜSİAD Azərbaycan rəhbərliyi və əməkdaşları ilə görüş keçirilib
Newscenter.az xəbər verir ki, MÜSİAD Azərbaycan rəhbərliyi ilə görüşün əsas məqsədi İsmayıllı rayonuna iş adamlarının diqqətini daha çox cəlb etmək, bölgənin iqtisadi imkanlarını tanıtmaq və əhalinin məşğulluq məsələlərinə müsbət təsir etməkdən ibarət olub.
Görüş zamanı ortaq layihələrin üzərində iş birliyi və yeni layihələrin hazırlanması məsələsi həmçinin investisiya sahəsində məlumat mübadiləsinə dair müzakirələr aparılıb.
Qarşılıqlı müzakirələrdən sonra rayonun potensialı ilə daha yaxından tanış olmaq məqsədilə qonaqlarla birgə kiçik gəzinti təşkil olunub.
Elə həmin gün MÜSİAD Azərbaycan tərəfindən şəhid ailələri, qazilər və rayon ictimaiyyəti üçün iftar mərasimi təşkil olunub. Mərasimdə 500 nəfərdən artıq insan iştirak edib.
Müstəqil Sənayeci və İş Admları Dərnəyi(MÜSİAD) 12000-dən çox üzvü olan, 60000-ə yaxın müəssisəni özündə birləşdirən, Türkiyədə 83, 87 ölkədə 164 filial və nümayəndəlikləri ilə təmsil olunan bir təşkilatdır. 2018-ci ilin əvvəlindən Azərbaycan filialı fəaliyyətə başlayıb və hal-hazırda 62 üzvü var.
Mehman