Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaponiya Rusiyanın 398 vətəndaşı və 28 təşkilatına qarşı sanksiya tətbiq edib

Yaponiya Rusiyanın 398 vətəndaşı və 28 təşkilatına qarşı sanksiya tətbiq edib


Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasından olan 398 nəfərə və 28 təşkilata qarşı əlavə sanksiyaların tətbiqini təsdiqləyib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Xüsusilə Dövlət Dumasının deputatları sanksiyalara məruz qalıb.

Həmçinin Nazirlər Kabinetinin qərarı ilə mayın 12-dən “Sberbank” və “Alfa-Bank”ın səhlməri dondurulacaq.

Bundan əlavə, Yaponiya hökuməti Rusiya Federasiyasında yeni investisiyaların qadağan edilməsini təsdiqləyib.

Qeyd olunur ki, mayın 12-dən etibarən Yaponiyadan Rusiya Federasiyasına yeni investisiyalar yalnız xüsusi icazələrlə həyata keçirilə bilər.

Aprelin 8-də Tokionun Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək qərarı Yaponiyanın baş naziri Fumio Kişida tərəfindən açıqlanıb.
Xəbəri paylaş