Bu ilin 3 ayı ərzində Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsindən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 122 fakt aşkar edilib, qanunsuz dövriyyədən 16 kiloqram narkotik vasitə çıxarılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilən rəqəmin 6 kiloqramını xüsusi təsiredici qüvvəyə malik narkotik maddələr təşkil edir.