Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Arı xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə tədbirləri ilə bağlı seminar keçirilib

Arı xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə tədbirləri ilə bağlı seminar keçirilib


Kənd Təsərrüfatı Nazirliyinin təşkilatcılığı ilə Baytarlıq Elmi-Tədqiqat İnstitutunda (BETİ) arıçı fermerlər üçün “Acıq qapı” günü və seminar keçirilib.
Seminarda Nazirliyin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin və BETİ-nin əməkdaşları, Türkiyənin Uludağ Üniversitesinin professoru Levent Aydın, arı xəstəliklərinə qarşı mübarizə üzrə ixtisaslaşan şirkətin icracı direktoru Sabir Oksay, “Peşəkar Arıcılar Birliyi”nin sədri Elxan Ələkbərov və respublikanın müxtəlif bölgələrindən olan 30 arıçı fermer iştirak edib.

Newscenter.az xəbər verir ki, seminarın məqsədi Baytarlıq Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərən “Arı və balıq xəstəlikləri” laboratoriyasının maddi-texniki bazası və potensialı ilə tanışlıq, arı xəstəliklərinə qarşı diaqnozun qoyulma metodları, müayinə üçün patoloji materialın göndərilməsi qaydaları haqqında fermerləri məlumatlandırmaq olub.

Seminarda Baytarlıq Elmi-Tədqiqat İnstitutunun “Arı və balıq xəstəlikləri” şöbəsində görülən işlər, həyata keçirilən laborator-diaqnostik müayinələr, eyni zamanda son zamanlar iqlim və ekoloji dəyişikliklərin arı xəstəliklərinə təsiri, tələf olma hallarına qarşı mübarizə tədbirlərinin təşkilinə dair aparılmış elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verilib.

Türkiyəli ekspert Levent Aydın tərəfindən arıçılıq təsərrüfatlarına kütləvi şəkildə ziyan vuran “Varratoz”, “Nozema serena” və “Nozematoz” xəstəliklərinin qarşısının alınması ilə bağlı təqdimat keçirilib. Təqdimatda xəstəliklərə yoluxma səbəbləri, kliniki əlamətləri və onlarla mübarizə tədbirləri, yeni nəsil probiotiklər, onlardan istifadə qaydaları haqqında məlumat verilib.

Sonda mövzu ətrafında seminar iştirakçıları ilə geniş fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sevinc
Xəbəri paylaş