Litva Prezidenti Qitanas Nauseda, Latviya Prezidenti Eqils Levits, Polşa Prezidenti Andjey Duda və Estoniya Prezidenti Alar Karis Ukraynanın paytaxtı Kiyevə çatıblar.
“Report” xəbər verir ki, bunu Polşa Prezidentinin Mətbuat Xidməti açıqlayıb.
Məlumata görə, səfər çərçivəsində tərəflər Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəklər.