Azərbaycan iyunun 27-dən iyulun 3-nə qədər İtalyanın Milan şəhərində keçiriləcək “Qlobal Gənclər Turizmi Sammiti”ndə iştirak edəcək.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Tədbir BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) dəstəyi, İtaliyanın Turizm Nazirliyinin və Milli Turizm Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Sərgidə Azərbaycanı Dövlət Turizm Agentliyi təmsil edəcək.