BMT-nin baş katibi Antonio Quterreş Ukraynada insan haqlarının pozulmasından narahatdır, lakin hesab edir ki, ölkədə baş verənlərin soyqırım olub-olmaması məsələsi hələ də müvafiq beynəlxalq hüquqi strukturlar tərəfindən müəyyən edilməlidir.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
“Soyqırımı anlayışı beynəlxalq hüquqda ciddi şəkildə müəyyən edilib, biz müvafiq qurumların yekun hüquqi tərifinə arxalanırıq. Biz insan hüquqlarının pozulmasından, münaqişənin təsirindən dərin narahatıq. Bunun soyqırımı vəziyyəti olub-olmamasını isə aidiyyatı hüquqi qurumların öhdəsinə buraxacağıq. Beynəlxalq Cinayət Məhkəməsi artıq Ukrayna ilə bağlı araşdırma aparır”, - deyə o, qeyd edib.