Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

COVID-19 səbəbiylə ölkədə çətin vəziyyətə düşmüş 47 həssas miqranta zəruri yardım və dəstək göstərilib

COVID-19 səbəbiylə ölkədə çətin vəziyyətə düşmüş 47 həssas miqranta zəruri yardım və dəstək göstərilib


Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyi cari ildə “Azərbaycanda həssas vəziyyətdə olan əcnəbi miqrantlara Beynəlxalq Miqrasiya Təşkilatının COVID-19 Qlobal Strateji Hazırlıq və Yardım Planı çərçivəsində dəstəyin göstərilməsi – ikinci faza” layihəsi çərçivəində 23-ü qadın, 24-ü kişi və 19 nəfər uşaqdan ibarət 7 ailə daxil olmaqla 47 həssas vəziyyətdə olan miqranta ərzaq, gigiyena, müvəqqəti mənzil təminatı və tibbi yardım kimi ilkin ehtiyaclarına yönəldilmiş zəruri yardımlar göstərmişdir.

Newscenter.az
xəbər verir ki, BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən 20 halda ərzaq, 21 halda müvəqqəti yaşayış yeri ilə təmin olunma, 2 halda sənədləşmə ilə bağlı, 4 halda isə tibbi yardım göstərilmişdir.

Yardım göstərilən miqrantların 41 nəfəri Pakistan, 5 nəfəri Tailand və 1 nəfər Hindistandan vətəndaşıdır.

Yardım ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosu tərəfindən maliyyələşdirilən Cənubi Qafqaz ölkələrində çətin vəziyyətə düşmüş və həssas miqrantlara (əcnəbi vətəndaşlara) humanitar yardım regional layihəsi çərçivəsində edilmişdir.

BMqT-nin Azərbaycan nümayəndəliyinin 2020-ci ildən bəri icra olunan layihələr çərçivəsində 339 cətin vəziyyətə düşmüş həssas miqrantlara təcili ehtiyac duyulan yardımla təmin etdiyini və onların qida və gigiyena, yaşayış və tibbi yardıma olan əsas ehtiyaclarını qarşılamaq üçün miqrantlara dəstək olduğunu bildirən nümayəndəliyi rəhbəri Vladimir Qyorqiyev bu dəstəyin cari ildə də davam etdirildiyini qeyd etdi: “COVID-19-un yayılmasının qarşısını almaq üçün tətbiq edilən hərəkət məhdudiyyətləri səbəbindən Azərbaycanda çətin vəziyyətə düşən miqrantlara dəstək olmaq üçün effektiv fəaliyyətimizi davam etdirəcəyik”.

Hazırda BMqT-nin Azərbaycan nümayəndəliyi ehtiyacı olan həssas miqrantları müəyyənləşdirmək və onlara yardım etmək istitiqamətində fəaliyyətini davam etdirir.

Sevinc
Xəbəri paylaş