2022-ci ilin martında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 696,4 min barrel olub. Newscenter.az-a Energetika Nazirliyindən verilən xəbərə görə, bunun 579,4 min barrelini xam neft, 117,0 min barrelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 25-ci iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin mart ayında daha 7 min barrel artırılaraq 675 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 43 min barrel həcmində olması nəzərdə tutulurdu.
Sevinc