Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Masallı sakini əmisi qızının başını kəib, sonra isə meyiti yandırıb

Masallı sakini əmisi qızının başını kəib, sonra isə meyiti yandırıb


Masallıda 7 il əvvəl baş verən qətlin yeni təfərrüatı məlum olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir cinayətin üstü açılıb.

Belə ki, 5 iyul 2015-ci il tarixdə Masallı rayon sakini Səidə Cəfərovanın evdən çıxaraq bir daha geri qayıtmaması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, qadının tapılması mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Lakin sonradan Səidə Cəfərovanın öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyi üçün 8 fevral 2022-ci il tarixdə iş üzrə icraatın dayandırılması haqqında qərar rayon prokurorluğu tərəfindən ləğv edilməklə iş üzrə icraat təzələnmişdir.

Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu, Təklə kənd sakini Əfrail Məmmədov qeyd edilən tarixdə əmisi qızı Səidə Cəfərovanı idarə etdiyi avtomobil ilə Təklə kənd ərazisində yerləşən əkin sahəsinə apararaq orada şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Səidə Cəfərovanın boğaz nahiyəsinə bir dəfə qəsdən vurmaqla onu öldürüb sonuncunun meyitini çayın kənarındakı qamışlıq ərazidə gizlətmiş, təxminən 25-30 gün sonra meyiti gizlətdiyi yerə gedərək sümüklərin göründüyünü görüb cinayətini gizlətmək məqsədi ilə balta vasitəsi ilə meyitin baş hissəsini ayıraraq torpaq sahəsinə basdırmış, digər sümükləri isə təxminən 500-600 metr kənarda tullantılar olan ərazidə üzərinə benzin tökməklə tam yandırmışdır.
Əfrail Məmmədov iş üzrə dindirilərkən törətdiyi əməli etiraf etmiş, ifadəsində qeyd etdiyi meyitin basdırıldığı yerə baxış keçirilmiş, aşkar edilmiş insan sümük fraqmetlərinə bənzər qalıqlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Əfrail Məmmədova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.
Xəbəri paylaş