Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məhkəmə məktəblini bıçaqlayan şəxslə bağlı qərar verib

Məhkəmə məktəblini bıçaqlayan şəxslə bağlı qərar verib


Siyəzən Rayon Məhkəməsi məktəblini bıçaqlamaqda təqsirləndirilən IX sinif şagirdi Quliyev Nurlan İlkin oğlu (adlar şərtidir) ilə bağlı qərar verib.

“Report”un əldə etdiyi məlumata görə, məktəbli barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, aprelin 5-də Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı tam orta məktəbində böyük tənəffüs zamanı X sinif şagirdi Əliyev Nazim Hikmət oğlu (adlar şərtidir) və IX sinif şagirdi Quliyev Nurlan İlkin oğlu (adlar şərtidir) arasında mübahisə yaranıb.

Dava zamanı IX sinif şagirdi X sinif şagirdini bel nahiyəsinə bıçaqla zərbə endirib. Bu zaman hadisədən xəbər tutan məktəbin müəllimləri həmin yerə gələrək şagirdi təcili yardım maşını ilə Siyəzən rayon Müalicə Diaqnostika Mərkəzinə aparıb. Xəstəxanada yaralı şagird əməliyyat olunub. Əməliyyatdan sonra şagird Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib.

N.Quliyev isə Siyəzən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Xəbəri paylaş