Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbində Xaçmaz Rayon Polis Şöbəsinin təşkilatçılığı, məktəbin yuxarı sinif şagirdləri və müəllim heyətinin iştirakı ilə “Narkomaniyaya yox deyək” və “Erkən nikahlar və onların fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik- leytenantı Faiq İlyasov əsrin bəlası olan narkomaniyaya qarşı mübarizənin daha səmərəli aparılması məqsədilə belə tədbirlərin həyata keçirilməsini mühüm əhəmiyyəti olduğunu qeyd edib. Rəis müavini qeyd edib ki, hər kəs gənc nəslin sağlam böyüməsinə, vətənə layiqli övlad kimi yetişməsinə çalışmalıdır. Lakin, narkomanlığa meyl edən gənclərə hələ də rast gəlinməsi təssüf hissi doğurur. Qeyd olunub ki, məhz bu səbəbdən təhsil müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı,vətənpərvər olmalıdır.
Sonra narkotik təsirlərin səbəb olduğu fəsadlar və dağıdıcı təsirlər barədə videoçarx nümayiş olunub. Yekunda mövzu ətrafında məktəblilərin sualları cavablandırılıb.
Mehman