"Dünən Rusiya "sülhməramlıları" (onların sülh məramlarına hələki inanmırıq) erməni deputatların Laçın dəhlizindən keçib Xankəndinə getmələrinə icazə verməyib. Bu, yaxşı haldı. Onlar, deyəsən, qismən də olsa vəzifələrini yerinə yetirməyə başlayıblar".
Newscenter.az xəbər verir ki, bu fikirləri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı səsləndirib. QAT sədri onu da qeyd edib ki, amma başqa bir xəbər nəticə çıxarmağa tələsməli olmadığımızı göstərdi:
“Rusiyanın Müdafiə Nazirliyi erməni gədəsinin yaralandığına dair xəbərdə "Dağlıq Qarabağın hərbi birləşmələri" ifadəsini işlədir”.
QAT sədri onu da diqqətə çatdırıb ki, bu "soldafonlar" hələ də başa düşmürlər ki, "Dağlıq Qarabağ" ifadəsi, onun hansısa "hərbi birləşməsi" yoxdur. Orda olanlar qanunsuz silahlı dəstədir, terror qruplarıdır:
"Orada ölən və ya yaralanan isə erməni terrorçusudur. Bu sadə həqiqəti ruslara başa salmaq üçün nə etməliyik? Bəlkə yıxıb, ağızlarıana - ağızlarına döyməliyik? Başqa cür başa düşmürlər”.
Mehman