Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Salyanda ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək

Salyanda ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək


Aprelin 16-da Salyan şəhərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə Salyan rayon və Şirvan Regional Vəkil Bürolarının vəkilləri tərəfindən rayonun aztəminatlı şəxsləri üçün ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək.

Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Jalə Əhmədovanın iştirakı ilə keçiriləcək aksiya Salyan rayon Mərkəzi Kitabxanasında saat 11:00-da başlayacaq.

Aksiyadan faydalanmaq üçün deputatın köməkçisi Əlimuxtar Məmmədovla (+994503337811) əlaqə saxlamanız xahiş olunur.

Ruhiyyə
Xəbəri paylaş