Milli Məclisin deputatı Jalə Əhmədovanın vitse-prezidenti olduğu Azərbaycan Autizm Assosiasiyası II Autizm Festivalı çərçivəsində autizmli uşaqlar arasında bir sıra idman yarışları keçirməyi nəzərdə tutub.
Newscenter.az xəbər verir ki, onlardan birincisi - aprelin 14-də bocce yarışı olub. Müxtəlif mərkəzlərdən 8 komandanın qatıldığı mübarizədə 50-ə yaxın autizmli uşaq öz bacarığını nümayiş etdirib. Olimpiya sistemi üzrə keçirilən yarışın yekununda ALBA Reabilitasiya və Yasam Mərkəzi 1-yer, Xüsusi qayğıya ehtiyacı olan uşaqların idmanla psixoreabilitasiyası 2-ci yer, Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi isə 3-cü yeri tutub.
Bundan başqa, Azərbaycan Autizm Assosiasiyası aprel ayında autizmli uşaqlar arasında stolüstü tennis, velosiped, atletika və futbol yarışları keçirəcək. Aprelin 28-də isə paytaxt Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə II Azərbaycan Autizm Festivalı təşkil olunacaq. Festival çərçivəsində təşkil olunan tədbirlərin məqsədi, autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir.
Autizmin fərqindəyik, onların yanındayıq.