Azərbaycanda dələduzluqda təqsirləndirilən Faiq Abdullazadə və onun qardaşı Fərid Abdullazadə bəraət alıb.
"Report"un əldə etdiyi məlumata görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qərara əsasən, həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, iş üzrə zərərçəkmiş qismində tanınan Vüsalə Atayeva hüquq-mühafizə orqanlarına şikayətində bildirib ki, keçmiş həyat yoldaşı Faiq Abdullazadə qardaşı Fərid Abdullayev ilə əlbir olaraq onun etibarından sui-istifadə edib, müxtəlif vaxtlarda ümumilikdə 191 950 manat pulunu ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qardaşların vəkili Ceyhun Yusifov apellyasiya şikayəti verib. O, həmin şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi.