Bakıda evdən 10 min manatlıq oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-nə keçən gecə İ.Məmmədov küçəsindəki evlərin birindən 10 min manat dəyərində 2 ədəd televizor, kompüter, planşet, kinoteatr və internet avadanlığı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vüqar Tapdıqzadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.