Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Maralgöl” restoranında istifadə müddəti bitmiş alkoqolsuz içkilər aşkar olunub

“Maralgöl” restoranında istifadə müddəti bitmiş alkoqolsuz içkilər aşkar olunub


AQTA əməkdaşları tərəfindən Gəncə şəhəri, Radiostansiya qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Xələfova Gülnarə İlham qızına məxsus “Maralgöl” restoranında keçirilən planlı yoxlama zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinin tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, həmçinin istifadə müddəti bitmiş alkoqolsuz içkilər aşkar olunub.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, faktla bağlı istehlaka yararsız məhsullardan istifadənin qarşısı alınıb, icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati tədbir görülüb.

Mehman
Xəbəri paylaş