Cənab Prezidentimiz İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilmişdir.
Bütün keçirilən müşavirələr kimi məhz bu müşavirədə tarixi bir hadisə kimi yadda qaldı.
Aprelin 12-də baş tutmuş müşavirədə Cənab Prezidentimiz tərəfindən işğaldan azad edilmiş ərazilərdə yekunlaşan və hazırda icra edilən planlaşdırılan məsələlərə xüsusi diqqət yetirildi.Prezidentimizin çıxışı hər zaman olduğu kimi öz mükəmməliyi ilə seçilirdi.Ən əsası toxunulan məsələlər son 3 ayda baş verən dəyişikliklər və ölkəmizin bugün həqiqətəndə əmin əllərdə oldugunu göstərir.
Əgər biz keçmişə nəzər salsaq görərik ki , son 19 ildə ölkəmizdə baş verən deyişikliklər günü- gündən gözəlləşən ölkəmiz və ən əsasıda günü- gündən güclənən dövlətimiz var.Cənab Prezidentimizin qeyd etdiyi hər bir məsələ çox önəmli idi ən əsasıda 44 günlük tarixi zəfərimiz barədə söylənilən fikirlər.
Biz Cənab Prezidentimiz və güclü ordumuzla qürur duyuruq ki, bizlərə belə möhtəşəm qələbə yaşadaraq 30 illik həsrətimizə son qoydular.
Güclü Azərbaycan Ordusu peşəkar, hazırlıqlı, ən müasir və çevik hərbi texnika ilə təchiz olunmuş, istənilən hərbi tapşırığı uğurla həyata keçirə biləcək qələbə əzmli silahlı qüvvələr kimi işğalçıları tarixi torpaqlarımızdan qovduBir sözlə, Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun rəşadəti, xalq-iqtidar birliyi Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi.Bugün torpaqlarımızda gedən abadlıq işləri bir daha göstərir ki , həqiqətəndə qısa zaman ərzində çox böyük işlərə imza atmışıq.Bərdə-Ağdam dəmir yolunun inşası davam edir.
Ölkəmizin yol infrastrukturu da surətlə şaxələnir. Avtomobil yolları arasında Bərdə-Ağdam avtomobil yolunda işlər çox sürətlə gedir, Kəlbəcər-Laçın avtomobil yolu və təxminən 4 kilometrlik tunel inşa edilir. Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir. Cəbrayıl-Hadrut yolu inşa olunur. Zəfər yolu açıldı, indi Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir. Ən vacib yollardan biri Toğana-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq. Laçın aeroportu istifadəyə veriləndən və Toğana-Kəlbəcər avtomobil yolu, tunel çəkiləndən sonra həm Gəncə istiqamətindən, həm Laçın istiqamətindən Kəlbəcərə gəlmək çox rahat olacaq.
Bir daha onu qeyd edə bilərəm ki, biz hər birimizi çox şanslıyıq.Çünki bugün ölkəmizdə gedən hər bir prosesdə ölkəsinin vətəndaşını düşünən bir Prezidentimiz var.Cənab Prezidentimizin hər bir çıxışı biz vətəndaşlar tərəfinən böyük maraqla izlənilir və biz hər birimiz ölkəmizi yüksəklərə qaldıran, bayrağımızı yüksələrdə dalğalandıran,30 illik həsrətimizə son qoyan və hər çıxışı ilə tarix yazan liderimizlə qürur duyuruq.
Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının məsləhətçisi: Gülər Kərimova