Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Bu günə qədər ölkəmizdə qarşıya qoyulmuş bütün vəzifələr yüksək səviyyədə icra olunub

Sədaqət Vəliyeva: Bu günə qədər ölkəmizdə  qarşıya qoyulmuş bütün vəzifələr yüksək səviyyədə icra olunub


Ölkə başçısı, cənab prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunları ilə bağlı keçirilən müşavirə, bir daha göstərdi ki, istər bu ilin ilk üç ayı ərzində, istərsə də postmüharibə dövründə ölkəmizdə qarşıya qoyulmuş bütün vəzifələr yüksək səviyyədə icra olunmuşdur. Bunun da nəticəsi olaraq, vətəndaşların sosial rifahının yüksəldilməsinə, iqtisadi inkişafa hesablanmış bir çox tədbirlər həyata keçirilmiş, layihələr reallaşdırılmış, ümumilikdə Azərbaycanın sürətli inkişafı təmin edilmişdir.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, keçən il qarşıya qoyulmuş əsas məqsədlərimizdən biri də işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işlərinə start verilməsi olmuşdur ki, cənab Prezidentimizin rəhbərliyi altında həmin torpaqlarda bərpa - quruculuq və inkşaf işləri sürətli şəkildə davam etdirilir. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qaytarılması istiqamətində kompleks tədbirlər həyata keçirilir, iri infrastruktur, iqtisadi layihələr reallaşdırılır. Əminliklə demək olar ki, ölkə başçısının rəhbərliyi və diqqəti nəticəsində Qarabağımız dünyanın ən gözəl və inkşaf etmiş bölgələrindən birinə çevriləcək:

“ Eyni zamanda qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə həmin torpaqların minalanması böyük maneə yaradır. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların partlaması nəticəsində 200-dən çox insan həlak olmuş və ya ağır yaralanmışdır. Torpaqların minalardan təmizlənməsi ilə bağlı çoxlu sayda beynəlxalq fondların, QHT-lərin olmasına baxmayaraq, indiyə qədər heç bir təşkilat bu məsələ ilə bağlı Azərbaycana yardım göstərməmişdir. Bu da bir daha Azərbaycana qarşı ikili standarların təzahürü, ədalətsizlik nümunəsidir.”

Müşavirədə toxunulan və diqqət çəkən əsas məsələlərdən biri də Azərbaycanın əldə etdiyi müsbət iqtisadi göstəricilərdir. Cari ilin birinci rübündə ümumi daxili məhsul 6,8%, qeyri-neft iqtisadiyyatı isə 10 %-dən çox artmışdır – deyən Sədaqət Vəliyeva əlavə edib ki, hazırda dünyanın əksər ölkələri mənfi saldoya malik olsalarda Azərbaycanda bu göstərici çox müsbətdir. Qeyd olunan bütün nəticələr və mövcud reallıqlar onu göstərir ki, dünya iqtisadiyyatında qeyri-sabitliyin və böhranların hökm sürməsinə baxmayarq, Azərbaycan iqtisadiyyatı öz sürətli artım tempini qoruyub saxlamışdır:

“Əlbətdə bütün bunlar cənab Prezidentimiz İlham Əliyevin hər bir sahə üzrə həyata keçirdiyi müdrik, uzaqgörən siyasətin və xalq-iqtidar birliyinin nəticəsidir.”

Ruhiyyə
Xəbəri paylaş