Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllı-Lahıc yoluna qaya parçaları tökülüb, yolda hərəkət dayanıb

İsmayıllı-Lahıc yoluna qaya parçaları tökülüb, yolda hərəkət dayanıb


Bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülüb. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi təyinatlı texnikaları və canlı qüvvəsi cəlb edilib.

Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, yolun hərəkət hissəsinə tökülmüş qaya parçalarının kənarlaşdırılması istiqamətində aparılan işlər yaxın dəqiqələrdə başa çatdırılaraq yol boyu hərəkət bərpa olunacaq.

Sevinc
Xəbəri paylaş