“Farmvet” MMC-nin Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istifadə müddəti bitmiş, ümumi çəkisi 2604 kq, 8 adda baytarlıq preparatı “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Bu barədə Newscenter.az-a AQTA-dan məlumat verilib.
"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır", - qurumdan qeyd olunub.